Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sərt disk bazarının həcmi azalacaq


"IHS iSuppli" şirkətinin proqnozuna əsasən, sərt disk bazarında gəlir azalacaq. Hesablamalara görə, 2012-ci ildə sərt disk istehsalçılarının ümumi gəliri 37,1 milyard dollar təşkil edib. Cari ildə 11,8 faiz azalma gözlənilir. 2014-cü ildə bazarın həcmi azalmağa davam edəcək.

"ICTnews.az" elektron xəbər xidməti "compulenta.ru" saytına istinadən bildirir ki, Tailandda baş vermiş güclü daşqından sonra bazarın bərpası müddətində sərt disklərin qiymətinin aşağı düşməsi gəlirin azalmasının səbəblərindən biri kimi göstərilir.

Qiymətləndirmələrə görə, 2013-cü ildə sərt disklərin orta qiyməti 7 faiz azalacaq. Bundan başqa, sərtgövdəli daşıyıcılar populyarlaşmağa başlayır. 2012-ci ildə təxminən 39 milyon "SSD" disk satılıb. Cari ildə tədarüklərin 2 dəfə artaraq 83 milyonadək çatacağı gözlənilir. Bu halda sərtgövdəli daşıyıcıların satışlarından əldə olunan gəlirin həcmi təxminən 10 milyard təşkil edəcək.

Emil Hüseynov




05/02/13    Çap et