Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Virtual şəbəkələrdə "Xocalıya ədalət" kampaniyasına başlanılıb


Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması "Xocalıya ədalət" kampaniyası çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımına lazımi hüquqi qiymətin verilməsi məqsədilə virtual aləm - sosial şəbəkələrdə təbliğat kampaniyasına start verib.

Bu barədə Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının Mətbuat xidmətindən bildirilib. Planlaşdırılan aksiyada xaricdə təhsil alan gənclərimizin və yerli ali təhsil ocaqlarında təhsil alan gənclərin aktiv iştirakı nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq növbəti həftələrdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması ölkədə fəaliyyət göstərən ən nüfuzlu gənclər təşkilatları və eləcə də böyük ali təhsil ocaqlarında təhsil alan aktiv gənclərlə mövzu ətrafında müzakirələr təşkil edəcək və onlara təbliğatın metodikası haqqında məlumatlar çatdıracaq.

RƏVAN




05/02/13    Çap et