Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mozilla” və “Chrome” bunu da etdilər (VİDEO)


"Firefox" və "Chrome" brauzerlərinin istifadəçiləri artıq kənar plaqin quraşdırmadan öz aralarında səs və videoçat üzrə ünsiyyət yarada bilər. İki müxtəlif şirkətə məxsus proqramlar arasında "dostluq" "WebRTC" açıq protokoluna əsaslanır.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, "WebRTC" protokolu vasitəsilə təşkil edilmiş birinci dialoq "Google"-un məhsullar üzrə direktoru Hyu Finnan və "Mozilla"nın innovasiya üzrə direktoru Todd Simpson arasında baş tutub.

Yeni texnologiya hələ ki yalnız "Chrome 23" brauzerinin beta-versiyasında və ya "Firefox Nightly"-nin son "gecə" quraşdırmasında əlçatandır. Yeni funksiya "Chrome/Firefox" brauzerlərinin final versiyasına sonra tətbiq ediləcək.

Emil Hüseynov




05/02/13    Çap et