Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rusiyada kibercinayətkarlığın sayı 1 il ərzində 33 faiz artıb


Rusiyanın hüquq-mühafizə orqanlarının 2011-ci illə müqayisədə ötən il qeydə aldığı kibercinayətkarlıq hallarının sayı 28 faiz artıb. Bu barədə fevralın 5-də Rusiyanın Daxili İşlər Nazirliyinin xüsusi texniki tədbirlər Bürosunun direktoru Aleksey Moşkov bildirib.

Moşkov əlavə olaraq bildirib ki, 2011-ci illə müqayisədə 2012-ci ildə fırıldaqçılıq və vətəndaşların hesabından pul oğurlanması kimi hallar 70 faiz artıb.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, bu iki fəaliyyət növü daha kütləvi və gəlirli hesab edilir.

Emil Hüseynov




05/02/13    Çap et