Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Milli qanunvericiliyin elektron bazasında sənədlərin sayı 25 minə çatıb
2012-ci ildə milli qanunvericiliyin elektron bazası (e-qanun.az) daha da zənginləşdirilib və hazırda bazada sənədlərin sayı 25 minə çatıb. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Ədliyyə Nazirliyindən (ƏN) məlumat verilib.
Nazirlikdən bildirilib ki, ƏN tərəfindən 2011-ci illə müqayisədə 2 dəfə çox - 721 normativ hüquqi aktın layihəsi hazırlanıb, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 2.500-dən artıq akt hüquqi ekspertizadan keçirilib.
İctimaiyyət üçün açıq olan Hüquqi Aktların Dövlət Reyestrinin (huquqiaktlar.gov.az) fəaliyyəti daim işlək vəziyyətdə saxlanılıb, o cümlədən reyestrin Naxçıvan MR üzrə elektron variantı (huquqiaktlar.nakhchivan.az) yaradılaraq fəaliyyətə başlayıb.
HƏQİQƏT
06/02/13 Çap et