Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Gələcək haqda məlumat verən proqram yaradılıb
İsrail Texnologiya İnstitutunda çalışan alimlər "Microsoft" şirkətinin mütəxəssisləri ilə birgə maraqlı kompüter proqramı hazırlayıblar. "ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, proqram sabah hansı hadisələrin baş verə biləcəyini proqnozlaşdırır.
Belə ki, o, KİV daxil olmaqla, müxtəlif informasiya mənbələrini təhlil edərək keçmişdə baş vermiş hadisələrlə bağlı müəyyən qanunauyğunluqlar tapır. Bu məlumatlara əsaslanaraq, proqram ictimai iğtişaşlar barədə əvvəlcədən 70-90 faiz dəqiqliklə məlumat verə bilər.
Proqram üzərində hələ ki testlər aparılır. Bundan başqa, mütəxəssislər təhlil üçün daha çox informasiya mənbəsi əlavə etməklə proqramın işinin dəqiqliyini artırmaq istəyirlər.
Emil Hüseynov
06/02/13 Çap et