Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni robotlar planşet və “ağıllı” telefonların ekranını təmizləyəcək


Yaponiyanın "Takara TOMY" oyuncaq şirkəti "ağıllı" telefon və planşetlərin ləkəli ekranlarının təmizlənməsi üçün nəzərdə tutulmuş kiçik ölçülü robot istehsal edib. Robotun çəkisi batareyasız 82 qramdır. Qurğu iki təmizləyici element və hərəkət etmək üçün 3 ədəd çarxla təchiz edilib.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Auto Mee S" adlandırılmış robota "ağıllı" telefonun ekranını təmizləmək üçün təxminən 4 dəqiqə, planşet üçün isə 8 dəqiqə vaxt lazım olacaq.

Robotun mexanizmi ekranın sərhədlərini müstəqil müəyyən etdiyinə görə təmizləmə prosesində yıxılmaqdan sığortalanıb. Robot martın sonunda satışa çıxarılacaq və qiyməti təxminən 17 dollar təşkil edəcək.




06/02/13    Çap et