Britaniya polisi “LulzSec” haker qrupunun liderlərindən birini həbs edib
Britaniya polisi guya “Lulz Security” haker qrupunun liderlərindən birini həbs etdiyini elan edib. Şəbəkədə “Topiary” ləqəbindən istifadə edən 19 yaşlı haker Şotlandiyada Şetlend adalarından birində həbs edilib, - Gawker bildirib. Polisin fikrincə, məhz “Topiary” əksər “LulzSec” hücumlarının təşkilatçısı və koordinatoru olub. Lakin şəbəkədə bəzi mənbələr iddia edir ki, polis tərəfindən saxlanılan “Topiary” ləqəbli şəxs əslində haker deyil, hüquq-mühafizə orqanları yanlış izə yönəldiliblər. “Lulz Security” qrupu “Sony” şirkətinin, MKİ, Britaniya polisinin saytları da daxil olmaqla bir sıra hücumlara görə məsuliyyət daşıyırlar.
internet.cnews.ru