Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron hökumət” portalına daha iki yeni elektron xidmət əlavə edilib


Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin “Qiymətli kağızlarla girova xitam verilməsi üçün müraciətin və sənədlərin qəbulu” və “Qiymətli kağızların girovda olub-olmaması barədə arayışların verilməsi üçün müraciətin və sənədlərin qəbulu” xidmətləri “e-Gov” Elektron Xidmətlər Portalına inteqrasiya edilib.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, qeyd edilən ilk elektron xidmət qiymətli kağızlarla girova xitam verilməsini əhatə edir. Belə ki, girov müqaviləsinə xitam verildiyi zaman qiymətli kağızları yüklülükdən azad etmək üçün girovsaxlayan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə müraciət etməlidir.

İkinci xidmətə isə qiymətli kağızlarla alqı-satqı əqdləri broker vasitəsilə bağlanmadıqda və ya belə əqdlərdə tərəf müqabili diler olmadıqda və ya depozitar (reyestrsaxlayıcı) tərəfindən uçotu aparılmayan qiymətli kağızlarla əqd bağlandıqda, qiymətli kağızların sahibi və ya onun vəkil edilmiş nümayəndəsinə qiymətli kağızların girovda olmaması haqqında arayışın verilməsi daxildir.

CAHANGİR




06/02/13    Çap et