Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Moskva şəhərində rabitənin keyfiyyəti aşağıdır


Rusiya hökumətinin sədri Dmitri Medvedev Moskva şəhərində rabitənin keyfiyyətinin aşağı olması ilə bağlı öz narazılığını bildirib. "Moskva şəhərində rabitənin keyfiyyəti çox aşağıdır" – deyə o bildirib. 1999-cu ildə Sankt-Peterburqdan Moskvaya gəlmişəm, ölkəmizin ən böyük şəhəri və paytaxtı Moskvada rabitənin keyfiyyətinin aşağı səviyyədə olması məni təəccübləndirmişdi.

"O vaxtdan 14 il keçməsinə baxmayaraq, Moskvada rabitənin keyfiyyəti indiyə qədər pis olaraq qalır" - baş nazir belə hesab edir. Onun sözlərinə görə, ölkəmizin cox ucqar regionlarında ən azı, "3G" işləyir". "ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, Medvedev qeyd edib ki, onun narazılığı əlbəttə ki Moskva meriyasına aid deyil.

"Bununla mobil operatorlarımız məşğul olur. Texnoloji vəziyyətin astanasındayık, biz artıq hazırda dördüncü nəsil rabitəni işə salmalıyıq, bunu son dərəcə tez həyata keçirməliyik" – baş nazir bildirib.

Emil Hüseynov




06/02/13    Çap et