Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yarımkeçirici mikrosxemlər bazarının illik həcmi 290 milyard dolları ötüb
Yarımkeçiricilər Sənayesi Assosiasiyasının (SIA) hesablamasına əsasən, ötən ilin dekabrında yarımkeçirici mikrosxemlər bazarının həcmi 24,7 milyard dollar təşkil edib. Bu göstərici 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çoxdur.
“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, 2012-ci ilin son rübündə yarımkeçirici çip tədarükçülərinin ümumi gəliri 74,2 milyard dollar təşkil edib. 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə artım təxminən 4 faiz təşkil edib.
2012-ci ilin yekununa görə, yarımkeçirici çip satışlarının qlobal həcmi təxminən 291,6 milyard dollar təşkil edib. Bu göstərici 2011-ci illə müqayisədə 2,7 faiz azdır. 2013-cü ildə 4.5 faiz artım gözlənilir.
Emil Hüseynov
06/02/13 Çap et