Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dell 24 milyard dollarlıq səhmini satır


ABŞ-ın kompüter istehsalçısı Dell şirkəti səhmlərinin 24,4 milyard dollara fərdi investorlar konsorsiumuna satılmasını açıqlayıb.


“ICTnews.az” elektron xəbər xidməti “mincom.gov.az” saytına istinadən bildirir ki, səhmdarlar – Dell-in təsisçisi və baş direktoru Maykl Dell, Microsoft korporasiyası və Silver Lake investisiya firması şirkətin bir ədəd səhmi üçün 13,65 dollar ödəyəcəklər.

Konsorsium investisiya fondlarından Dell-in M.Dellə və digər menecerlərə məxsus olmayan bütün qiymətli kağızlarını satın alacaq. Sövdələşmənin dəyəri yanvarın 11-də keçirilən birja hərraclarında səhmin dəyərini təxminən 25 faiz üstələyir. Şirkətin fərdi investorlara satılması M.Dellə diqqətini digər səhmdarların iştirakı olmadan aktivin tam idarə edilməsinə yönəltməyə imkan verəcək.

Emil Hüseynov




06/02/13    Çap et