Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xələf Xələfov: «Azərbaycanla Xorvatiya arasında telekommunikasiya sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur»


Xarici işlər nazirinin müavini Xələf Xələfov Xorvatiya Xarici və Avropa işləri üzrə nazir müavini Yoşko Klisoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. XİN-in mətbuat xidmətindən "ICTnews.az" elektron xəbər xidmətinə verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən və inkişaf dinamikasından məmnunluq ifadə ediblər.

Nazir müavini Xələf Xələfov Azərbaycan və Xorvatiya arasında siyasi dialoqun yüksək səviyyədə olması, digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə imkan yaratdığını bildirib. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiyaya nəzərdə tutulan səfərinin yüksək əhəmiyyəti vurğulanaraq, bu səfərin ölkələrimiz arasında münasibətlərin yeni səviyyədə inkişafına təkan verəcəyi qeyd olunub.

Tərəflər səfərə hazırlıq işləri və gündəlikdə olan layihələr ətrafında geniş fikir mübadiləsi aparıb. Xələf Xələfov maşınqayırma, gəmiqayırma, telekommunikasiya, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu söyləyib.

Xorvatiyalı rəsmi ölkəsinin Azərbaycanı strateji tərəfdaş kimi qəbul etdiyini bildirib və ölkəmizlə bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını deyib.

SEYMUR




07/02/13    Çap et