Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bilik - yeni iqtisadiyyatın strateji ehtiyatı” II beynəlxalq tələbə elmi konfransı keçiriləcək


Texnologiyalar, innovasiyaların bütün sahələrə nüfuzu müasir dövrümüzdə biliklər iqtisadiyyatının formalaşmasının təməlini qoyub. Hazırda bu istiqamət beynəlxalq elmi konfranslarda müzakirə edilən əsas mövzulardan birinə çevrilib.

Biliklər iqtisadiyyatı ilə bağlı növbəti beynəlxalq tədbir Rusiyanın Samara şəhərində təşkil ediləcək. Belə ki, 5 iyun 2013-cü il tarixində sözügedən şəhərdə "Bilik - yeni iqtisadiyyatın strateji ehtiyatı" II beynəlxalq tələbə elmi konfransı keçiriləcək.

"ICTnews" elektron xəbər xidmətinə bu barədə Elmi İnnovasiyalar Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, konfransın elm istiqamətlərini "İqtisadiyyat və cəmiyyət: bir-birinə təsir etmə təcrübəsi", "İstehlak bazarında marketinq və kommersiyanın aktual problemləri", "Məhsul və xidmətlər bazarında fəaliyyət göstərən təşkilatların iqtisadi-idarəedici aspektləri", "Korporativ hesabların və maliyyənin müasir problemləri", "İqtisadiyyatda informasiya texnologiyaları və riyazi modellər" kimi mövzular təşkil edir. Konfrans rus və ingilis dillərində aparılacaq.

HƏQİQƏT




07/02/13    Çap et