“Panasonic” dünyada ən yüngül “3D” eynək təqdim edib
Kinoteatrda “3D” filmlərə baxış vaxtı adi eynək taxan insanlar ona əlavə olaraq, həmçinin stereoskopik eynək də taxmalı olurlar, bu da olduqca narahatdır. Xoşbəxtlikdən, “Panasonic” “3D” daha rahat eynək təqdim edib.
Şirkət iddia edib ki, “TY-EW3D” bugünkü gün üçün dünyada ən yüngül “3D” eynəkdir. Bildirilib ki, onun çəkisi S və M ölçüləri üçün 26 qram və L ölçüsü üçün 27 qramdır. Yeni eynəklər kifayət qədər yüngül olmaqdan savayı, həm də yaxşı avtonom iş rejiminə malikdir. Belə ki, 2 dəqiqəlik yükləmədən sonra eynəkdən 3 saat istifadə etmək olar, tam 30 dəqiqə yükləmədən sonra isə 25 saat ərzində “3D” filmə baxmaq olar. Təəssüf ki, hələ yeniliyin qiyməti, bazara çıxarılma vaxtı bildirilməyib.
www.3dnews.ru