Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Gresso” titan telefon istehsal edib


Lüks telefonlar istehsalçısı "Gresso" "Cruiser Titanium" aparatını istehsal edib. Onun monolit korpusu titandan hazırlanıb. Əlavə örtüyə ehtiyac yoxdur, allergiya yaratmır və mexaniki təsirlərə qarşı dayanıqlıdır.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Cruiser Titanium" aparatının arxa və ön panelləri parlaq kömür rəngli şüşədən, tutqun rəngli klavişləri isə poladdan hazırlanıb. "Cruiser Titanium" aparatına "Symbian S40" əməliyyat sistemi quraşdırılıb, "Bluetooth 2.0" modulu, daxili modem, 2 meqapikselli kamera mövcuddur, daxili yaddaşın həcmi 30 meqabayta, daxili yaddaş kartında isə 2 qiqabayta bərabərdir.

Aparat "GSM 900/1800/1900" şəbəkələrində işləyə bilər. Onun ölçüləri 112×46×12 millimetr, çəkisi isə 106 qramdır. Akkumulyatorun tutumu 860 milliamper/saat təşkil edir. Danışıq rejimində 5.4 saat və gözləmə rejimində 300 saat üçün kifayətdir. Telefon məhdud sayda – 555 nüsxə istehsal edilib.

Emil Hüseynov




07/02/13    Çap et