Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo!” “Google”-un reklamlarını göstərəcək


"Yahoo!" internet şirkətinin xidmətləri istifadəçilərə "Google"-un kontekst reklamını göstərəcək. Bu barədə fevralın 7-də "Yahoo!"-nun korporativ bloqunda yazılıb.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, xəbərə əsasən, şirkətlərin bağladığı sazişə əsasən, "Google"-un kontekst reklamı "Yahoo!"-nun saytlarında göstəriləcək. "Yahoo!" və "Google" internet şirkətləri bundan əvvəl kontekst reklamı tənzimləyən saziş imzalamışdılar.

Belə ki, 2008-ci ildə imzalanmış müqaviləyə əsasən, "Google" reklamını rəqiblərinin saytlarında göstərə bilərdi. Şirkətlər yeni müqavilənin müddətini, həmçinin onun qiymətini açıqlamayıblar.

Emil Hüseynov




07/02/13    Çap et