Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2012-ci ildə Rusiya Federasiyasında internet reklam bazarının həcmi 35 faiz artıb
2012-ci ilin yekununa görə, Rusiyada internet reklam bazarının həcmi 35 faiz artaraq 56,3 milyard rubl təşkil edib. Bu göstərici reklam bazarının ümumi həcminin 18 faizini təşkil edir. Bu barədə Rusiya Kommunikasiya Agentlikləri Assosiasiyasının hesabatında məlumat verilib.
“ICTnews.az” elektron xəbər xidməti “vestifinance.ru” saytına istinadən bildirir ki, cari göstərici 2011-ci illə müqayisədə 3.1 faiz çoxdur. Kontekst internet reklam bazarının həcmi 2 dəfə artaraq 38,4 milyard rubl təşkil edib. Ötən il Rusiyanın reklam bazarının ümumi həcmi 297,3 milyard rubl təşkil edib.
Emil Hüseynov
07/02/13 Çap et