Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” fevralda 12 təhlükəsizlik bülleteni buraxacaq


"Microsoft" korporasiyası fevralda 12 təhlükəsizlik bülleteni buraxmağı planlaşdırır. Növbəti çərşənbə axşamı buraxılacaq "yamaq" paketi şirkətin 57 müxtəlif məhsulunda qeydə alınmış boşluğu aradan qaldırmaq üçün nəzərdə tutulub.

"ICTnews.az" elektron xəbər xidməti saytına istinadən bildirir ki, korporasiya "yamaq"ların buraxılışına qədər boşluqlar barədə məlumat vermir.

Emil Hüseynov




08/02/13    Çap et