Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Netbukların ömrünə az qalıb
“ABI Research” tədqiqat şirkətinin proqnozuna görə, 2013-cü ildə təhsil məqsədləri üçün kompüter qurğuları bazarına 15 milyon məhsul tədarük ediləcək və həmin məhsullar arasında netbuklar üstünlük təşkil edəcək.
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, bəzi ekspertlərin iddiasına əsasən, netbuklar məhv ola bilər. Lakin “ABI Research”-in proqnozuna əsasən, cari ildə təhsil məqsədləri üçün kompüter qurğuları bazarına təxminən 6 milyon netbuk tədarük ediləcək.
Qeyd edək ki, “Acer” və “Asus” şirkətləri bu yaxınlarda rəsmi şəkildə netbuk istehsalına son verdiklərini bəyan etmişdilər. Bir qədər əvvəl “Dell”, “HP” və “Samsung” şirkətləri də onun istehsalından imtina etmişdi. Nəticədə, netbukların tədarük həcminin 2011-ci illə müqayisədə 50 faizdən çox azalacağı gözlənilir. Bir sözlə, ucuz və zəif gücə malik netbukların deyəsən sayılı günləri qalıb.
Emil Hüseynov
08/02/13 Çap et