Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Vergi ödəyiciləri arasında bütün proseslər əsasən elektronlaşdırılıb


«Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər» mövzusunda bu gün keçirilən II Vergi Forumu öz işinə başlayıb. Forumu deputat Ziyad Səmədzadə giriş sözü ilə açıb.

Daha sonra vergilər naziri Fazil Məmmədov çıxış edib. O vergi siyasətində aparılan uğurlardan danışıb. Fazil Məmmədov bildirib ki, vergi ödəyicilərinin sayı ötən ilə nisbətən 72 min artıb. Daha sonra nazir onu vurğulayıb ki, Vergilər Nazirliyi daha çox sayda elektron xidmət göstərən dövlət orqanıdır. Hazırda vergi sistemi üzrə bu xidmətlərin sayı 57-yə çatdırılıb. Onlarında 46-sı artıq tətbiq olunur. Qalan 11 xidmətin tətbiqi ilə bağlı işlər başa çatmaq üzrədir.

F.Məmmədov bildirib ki, bu gün sahibkarlıq fəaliyyətində vergi orqanları ilə vergi ödəyiciləri arasında bütün proseslər əsasən elektronlaşdırılıb və sahibkarlar vergi əməkdaşları ilə ünsiyyətə girmədən vergi öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı bütün prosesləri həyata keçirə bilirlər.

Bütövlükdə tətbiq edilmiş informasiya texnologiyaları istər vergi ödəyiciləri tərəfindən, istərsə də vergi xidməti tərəfindən vergi inzibatçılığına çəkilən xərclərin əhəmiyyətli şəkildə azalmasına imkan verib. Azərbaycan Avropa məkanında ən səmərəli vergi inzibatçılığına malik olan ölkələrdən biridir.

Daha sonra nazir bildirib ki, Dünya Bankının hazırladığı «Doing Business» hesabatında «Vergi ödənişi asanlığı» göstəricisi üzrə 2013-cü il üçün bəyannamələrin doldurulması və vergilərin ödənilməsinə sərf olunan illik vaxt indikatoru 2007-ci ilə nisbətən 4,7 dəfə azalaraq 214 saata, ödəmələr indikatoru, yəni ödəmələrin illik sayı 2 dəfə azalaraq 18-ə düşüb:

«Bütün bunlar sahibkarlar və iş adamları üçün əlverişli investisiya şəraitinin yaradılması və azad rəqabət mühitinin bərqərar olmasının əyani göstəricisidir». Növbəti çıxışı edən Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Akif Musayev vurğulayıb ki, Vergi Məcəlləsində bu il əlavə dəyişikliklər olundu. Vergilər Məcəlləsində 9 vergi növü təsdiq olundu. 31 qanun qəbul olundu, 813 bəndə də dəyişiklik edilib. Elektron ərizənin Vergilər Məcəlləsinə bir çox yeniliklər və anlayışlar daxil edilib. Elektron audit, sənaye texnologiyalar parkı və s.

RƏVAN




08/02/13    Çap et