Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyanın ən böyük mobil telefon tədarükçüləri arasında Çinin üç şirkəti yer alıb
İlk dəfə olaraq Çinin üç istehsalçısı – “Huawei”, “ZTE” və “Lenovo” şirkətləri dünyanın ən böyük mobil telefon tədarükçülərinin beşliyində yer alıb. Analitiklər onların uğurunu həm yerli, həm də xarici bazarlardakı satış həcmi ilə əlaqələndirirlər.
“Canalys” agentliyinin məruzəsinə əsasən, 2012-ci ilin dördüncü rübündə “Huawei” üçüncü, “ZTE” isə dördüncü yerdə qərarlaşıb. “Lenovo” isə ucuz “LTE” “ağıllı” telefonları sayəsində Yaponiyanın “Sony” şirkətini beşinci yerdən sıxışdırıb çıxardıb.
“ICTnews.az” elektron xəbər xidməti “hitechi.vesti.ru” saytına istinadən bildirir ki, dünyanın ən böyük tədarükçüləri arasında birinci yerdə əvvəlki kimi Koreyanın “Samsung” şirkətidir. Onun bazar payı 29 faiz təşkil edib. “Apple” (22,1%) ikinci olub.
Emil Hüseynov
08/02/13 Çap et