Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
"Lumia 720" və "Lumia 520"-nin xüsusiyyətləri açıqlanıb
"My Nokia Blog" resursu "Nokia Lumia 720" və "Nokia Lumia 520" "ağıllı" telefonlarının texniki xüsusiyyətlərini dərc edib. Anonim mənbələrin məlumatına görə, "Lumia 720" 4,3 düymlü ekran, 1 QHs takt tezliyində işləyən 2 nüvəli prosessor, 8 QB daxili yaddaş, 6 meqapikselli əsas və 2 meqapikselli ön kamera ilə təchiz edilib.
“ICTnews.az” elektron xəbər xidməti “tech.obliner.by” saytına istinadən bildirir ki, "Nokia Lumia 520" isə 4 düymlü ekran, 1 QHs takt tezlikli 2 nüvəli prosessor, 512 MB əməli yaddaş, 8 QB daxili yaddaşla təchiz olunub. Aparat 5 meqapikselli kameraya malikdir.
Hər iki qurğu, həmçinin "microSD" yaddaş kartları üçün slotla təchiz edilib, "Windows Phone 8" əməliyyat sistemi quraşdırılıb.
Emil Hüseynov
09/02/13 Çap et