Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bu ay nağdsız hesablaşmaların stimullaşdırılması ilə bağlı təkliflər Prezident Administrasiyasına təqdim ediləcək
Azərbaycan Vergilər Nazirliyi dövlət başçısının tapşırığına uyğun olaraq fevralın sonuna kimi qeyri-leqal məşğulluğun aradan qaldırılması və əməkhaqlarının rəsmiləşdirilməsi, eləcə də nağdsız hesablaşmaların stimullaşdırılması ilə bağlı təkliflərini Prezident Administrasiyasına təqdim edəcək.
"ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə vergilər naziri Fazil Məmmədov danışıb. O bildirib ki, sözügedən təkliflərdə işçi ilə işəgötürən arasında bağlanan müqavilənin yeni hesabat formalarının hazırlanması, qeydiyyatın elektronlaşması kimi məsələlər əksini tapacaq.
Dövlət başçısının tapşırığı ilə nağdsız hesablaşmaların stimullaşdırılması ilə bağlı təkliflərdə isə inzibati üsullardan daha çox, stimullaşdırıcı metodlara üstünlük veriləcək. Nazir onu da əlavə edib ki, artıq təkliflər üzərində işlər başlayıb: «Bunun qanun və ya fərman formasında təsdiqlənməsi isə dövlət başçısının səlahiyyətinə aiddir».
SEYMUR
09/02/13 Çap et