Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-ın sabiq prezidentlərinin elektron poçtlarına icazəsiz giriş həyata keçirilib


“Houston Chronicle” qəzeti yazır ki, naməlum haker Buş ailəsinin bəzi üzvlərinin, həmçinin ABŞ-ın iki sabiq prezidentinin elektron poçtlarına icazəsiz giriş həyata keçirib. Nəticədə haker şəxsi fotoları və nəşr üçün nəzərdə tutulmuş məktubu ələ keçirib.

“ICTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, nəşrin məlumatına görə, ələ keçirilmiş məktub və fotolar internetdə dərc edilib. İnternetdə dərc edilmiş materiallarda “Guccifer” işarəsi qoyulub.

Qəzet yazır ki, ehtimal ki bu işarə hakerin ləqəbidir. ABŞ-ın hüquq-mühafizə orqanları hadisəni araşdırır.

Emil Hüseynov




11/02/13    Çap et