Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Java” ən populyar proqramlaşdırma dili statusunu özünə geri qaytarıb


“Tiobe Programming Community Index”-in son reytinqinə əsasən, bu yaxınlarda təhlükəsizliklə bağlı aşkar edilmiş problemlərə baxmayaraq, “Java” ən populyar proqramlaşdırma dili adını özünə geri qaytarıb.

Xatırladaq ki, 10 ay əvvəl “C” proqramlaşdırma dili reytinqdə birinci yerdə qərarlaşmışdı.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Java”nın populyarlığının artması “Android” mobil əməliyyat sisteminin populyarlaşması ilə birbaşa əlaqədardır. “Tiobe”-un proqnozuna əsasən, “Java” proqramlaşdırma dili yaxın gələcəkdə məhz “Android” platforması sayəsində liderliyini qoruyub saxlayacaq.

“Tiobe Programming Community Index”-in son məlumatına əsasən, hazırda “Java” dilinin populyarlıq indeksi 18,387 faiz təşkil edir. İlk onluq aşağıdakı kimi sıralanıb: “Objective-C” (9.803%), “C++” (8.758%), “C #” (6.680%), “PHP” (5.074%), “Python” (4.949%), “Visual Basic” (4.648%), “Perl” (2.252%) və “Ruby” (1.752%).

Emil Hüseynov




11/02/13    Çap et