Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu gün "Yandeks"in banisinin ad günüdür


1964-cü il fevralın 11-də "Yandeks"in qurucusu Arkadi Voloj anadan olub. O, İ.M.Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirib.

Voloj 1989-cu ildə telekommunikasiya avadanlığı tədarük edən “CompTek” şirkətinin əsasını qoyub. 2000-ci ildə Arkadi Voloj “Comptek”də çalışan həmkarları ilə birgə “Yandex” şirkətinin əsasını qoymuş və onun baş direktoru olub.

Arkadi Voloj Rusiyanın ən zəngin iş adamlarının reytinqində 97-ci yerdə qərarlaşıb. 2012-ci ildə onun varidatı 950 milyon həcmində qiymətləndirilib.

Emil Hüseynov




11/02/13    Çap et