Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Misirdə “YouTube” bloklanıb


Hazırda Misirdə “YouTube” əlçatmazdır. Belə ki, yerli məhkəmə ölkə ərazisində dünyanın ən böyük videohostinqinin bloklanması haqqında qərar qəbul edib. Bu cür qərarın qəbul edilməsinə səbəb islam əleyhinə "Müsəlmanların məsumluğu" filmi olub.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “YouTube”-un bloklanması haqqında məhkəmənin çıxardığı qərar artıq ölkənin rabitə nazirinə təqdim edilib. Hələ ki 1 aylıq məhdudiyyət nəzərdə tutulub. Bloklanmanın götürüləcəyi və ya bu müddət bitdikdən sonra uzadılacağı barədə məlumat yoxdur.

Emil Hüseynov




11/02/13    Çap et