Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən pis antivirus proqramı hansıdır?


“Dennis Technology Labs” şirkəti səkkiz əsas antivirus proqramının işini müdafiə səviyyəsi və təyin etmə dəqiqliyi baxımından qiymətləndirib. “ICTnews.az” elektron xəbər xidməti “securitylab.ru” saytına istinadən bildirir ki, “Microsoft Security Essential” pulsuz antivirus proqramı növbəti dəfə ən pis antivirus proqramı adlandırılıb.

Mütəxəssislər yoxlama zamanı aşkar ediblər ki, “Microsoft Security Essential” yuxarıda qeyd edilmiş parametrlər üzrə digər proqramlardan çox geri qalır. Dəqiqlik göstəricisi üzrə “Microsoft Security Essential” (MSE) maksimal 400-dən 30 bal toplayıb.

Müqayisə üçün qeyd edək ki, “Norton Internet Security 2013” 388.5 bal toplayıb. Mütəxəssislər bildiriblər ki, “MSE” təhlükələrin 59 faizindən müdafiə edir, halbuki orta göstərici 92 faizə bərabərdir. Bununla belə, “MSE” heç vaxt yanlış təhlükələr haqqında məlumat verməyib.

Emil Hüseynov




11/02/13    Çap et