Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Erik Şmidt “Google”-dakı səhmlərinin yarısını satır


"Google"-un Direktorlar şurasının sədri Erik Şmidt şirkətin ona məxsus 7,6 milyon səhminin 3,2 milyonunu satmaq niyyətindədir.

"ICTnews.az" elektron xəbər xidməti "vestifinance.ru" saytına istinadən bildirir ki, Şmidt dünyanın əsas axtarış sisteminin rəhbərliyindən tədricən uzaqlaşır. Xatırladaq ki, o, 2011-ci ilin aprelində baş direktor vəzifəsini tərk etmişdi.

Bundan başqa, ötən il "Google"-un təxminən milyona yaxın səhmini satmışdı. Şmidt son zamanlar biznesə deyil, siyasətə daha çox diqqət ayırır. O, cari ilin əvvəlində Şimali Koreyaya gedərək ölkə rəhbərliyi ilə görüşmüş və onu ölkə ərazisində internetə çıxış imkanı prosesini sadələşdirməyə razı salmağa çalışıb.

Emil Hüseynov




11/02/13    Çap et