Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Pensiyaların məbləği «Elektron hökumət” portalında hesablanacaq


"Elektron hökumət" portalında ( www.e-gov.az) Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xidmətlərinə daha bir xidmət əlavə olunub. "Pensiya kalkulyatoru" adlanan bu elektron xidmət vasitəsilə pensiya məbləğinin hesablanması mümkündür.

"Elektron Hökumət" Mərkəzindən verilən məlumata görə, axtarış vətəndaşın şəxsiyyət vəsiqəsində mövcud olan FİN-ə görə həyata keçirilir. Bundan əlavə, vətəndaşların 2006-cı ilə qədər iş staji (ilə görə) və 2006-cı ilə qədər iş stajı (aya görə) da nəzərə alınır.

Elektron xidmətin icra müddətinə gəlincə, sorğu real vaxt rejimində avtomatik cavablandırılır və vətəndaş pensiyasının məbləği barədə məlumatı real vaxt rejimində əldə edir. Xidmətin göstərilməsi üçün heç bir sənəd tələb olunmur. Xidmətin yerinə yetirilməsinə nəzarət də elektron formada həyata keçirilir.

Elektron xidmətin göstərilməsi üzrə mübahisələr yaranarsa, istifadəçi qanunvericiliklə müəyyən edilmiş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.

Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Dövlət Sosial Müdafiə Fondunun poçt ünvanına, elektron şikayət isə "info@sspf.gov.az" poçt ünvanına göndərilməlidir.

Şikayətdə vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, yaxud işlədiyi yer göstərilməlidir. Şikayətə 15 gün ərzində baxılmalıdır. Əlavə öyrənilməsi və yoxlanılması tələb edilən şikayətlərə isə 1 ay müddətində baxılır.

HƏQİQƏT




12/02/13    Çap et