Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
5 il ərzində SMS troyanların sayı 150 dəfə artıb
Son 5 il ərzində portativ qurğu sahiblərinin xəbəri və icazəsi olmadan pullu nömrələrə mesaj göndərən müxtəlif SMS troyan modifikasiyalarının sayı 150 dəfədən çox artıb. Bunu "Kasperski laboratoriyası”nın mütəxəssisləri tərəfindən keçirilmiş analitik tədqiqatlar göstərib. Bu halda kibercinayətkarlar tərəfindən SMS troyanların böyük əksəriyyəti (ümumi göstəricinin təxminən 84%-i) “Java ME” mobil platforması üçün yaradılıb. “Symbian” (7%), sonra “Windows Mobile” (5%) və 4% göstərici ilə “Android” dördlüyü tamamlayır.
www.3dnews.ru
29/07/11 Çap et