Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

TQDK virtual ödəmə kartlarının satışı şəbəkəsini genişləndirir


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK ) elektron ərizə vermək üçün ödəmə kartlarının və sınaq imtahanına yazılmaq üçün ödəmə kartlarının satışını şaxələndirmək məqsədilə “AzeriCard Prosessinq” mərkəzi ilə birgə elektron ticarət layihəsi üzərində işi başa çatıb.

“ICTnews” elektron xəbər xidmətinə komissiyadan bildirilib ki, artıq virtual ödəmə kartlarını “Visa” və “Master” plastik kartlarından istifadə etməklə “AzeriCard” vasitəsilə də əldə etmək mümkün olacaq.


TQDK-dan qeyd edilib ki, qurumun virtual ödəmə kartları “Azercell”, “Bakcell”, “Nar Mobile”, “GoldenPay”, “NetMoney” və “AzeriCard” şirkətləri vasitəsilə satılır.

HƏQİQƏT





12/02/13    Çap et