Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə üzrə seminar keçirilir


Bakıda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi (MHA) və Avropa Komissiyasının birgə təşkilatçılığı ilə Tvinninq layihəsi çərçivəsində "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanunun icrasında hüquq mühafizə orqanlarının rolu" mövzusunda Beynəlxalq seminar işə başlayıb.

Tədbirdə MHA-nın sədri Kamran İmanov Azərbaycanda müəllif hüququ və əlaqəli hüquqların təminatının gücləndirilməsinə dair hüquq mühafizə orqanlarının əməkdaşları və hakimlər üçün keçirilən təlim-seminarların əhəmiyyətindən danışıb.

Seminarda Azərbaycan və İspaniya mütəxəssislərinin məruzələri dinlənilib, müzakirələr aparılıb.




12/02/13    Çap et