Yeni “İnformatika” vəsaitini istifadəçilərin ixtiyarına verilib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən hazırlanmış "İnformatika" vəsaiti işıq üzü görüb. "ICTnews" elektron xəbər xidmətinin komissiyaya istinadən verdiyi məlumata görə, "İnformatika" vəsaiti tələbələr, bakalavrlar, doktorantlar, dissertantlar, magistraturaya və vakant iş yerlərinə qəbula hazırlaşanlar üçün tərtib edilib.
İnformatika üzrə magistraturaya qəbul proqramına uyğun hazırlanmış bu vəsaitdə bütün mövzuların nəzəri şərhi test tapşırıqları ilə müşayiət olunur.
Bu da qəbula hazırlaşanlara həm öz bilik və bacarıqlarını artırmağa, həm də hazırlıq səviyyələrini testlər vasitəsilə yoxlamağa imkan verəcək. Qeyd edək ki, vəsaiti TQDK-nın qarşısındakı "Abituriyent" köşkündən almaq və ya
www.abiturient.az saytından sifariş etmək olar.
CAHANGİR