Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil telefonlar uşaqlar üçün təhlükəsizdir


Alimlər mobil telefonların elektromaqnit şüasının insan orqanizminə təsirini öyrənməyə davam edirlər. Bu dəfə tədqiqatçılar mobil telefonların böyüyən nəsil üçün təhlükəsiz olduğunu bildiriblər. Təhlükəli Yenitörəmələr Milli İnstitutunun (ABŞ) jurnalında dərc edilmiş məqaləyə əsasən, mobil telefonla müntəzəm danışıqlar şiş yaranması riskinin artmasına doğru aparmır. Tədqiqat gedişatında 7-19 yaşında təxminən 1000 uşaq və yeniyetmə arasında sorğu aparılıb. Sorğu Norveç, Danimarka, İsveç və İsveçrədə keçirilib. Qeyd edək ki, bundan əvvəl dəfələrlə bildirilib ki, uşaqlar elektromaqnit şüaya meyillidirlər, çünki onlar nazik sümüklərə malikdirlər və erkən yaşdan mobil rabitədən istifadə etməyə başlayanda bu, onların orqanizmi üçün təhlükə törədir.


www.cnews.ru




29/07/11    Çap et