Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“LG” şirkəti növbəti “ağıllı” telefonlarını təqdim edib
“LG” şirkəti “Optimus L” “ağıllı” telefonlar xəttini yeniləyib. Qurğular “MWC 2013” sərgisində təqdim ediləcək, lakin aparatların bəzi xüsusiyyətləri artıq məlumdur. Press-relizə əsasən, təqdim ediləcək cihazlarda nəfis dizayn və müasir texnologiyaların vəhdəti saxlanılacaq.
“Ağıllı” telefonların üç modeli (“Optimus L7 II”, “L5 II” və “L3 II”) satışa çıxarılacaq. “ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “LG” şirkəti əsas model haqqında daha ətraflı məlumat verib.
“Optimus L7 II” 1 QHs takt tezlikli ikinüvəli “Qualcomm MSM8225” prosessoru, 4,3 düymlü “WVGA” təsvir ölçülü “IPS” ekran, 768 MB əməli yaddaş və 4 QB daxili yaddaş, “microSD” slotu, 8 meqapikselli kamera, 2460 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib. Qurğunun ölçüləri 122×67×9,7 millimetr təşkil edir. “Android 4.1” mobil əməliyyat sistemi quraşdırılıb.
Emil Hüseynov
12/02/13 Çap et