Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Təmiz Şəhər” ASC: “Tullantı Kalkulyatoru” layihəsi ölkəmiz üçün əsl yenilik oldu”


"Təmiz Şəhər" ASC tərəfindən tullantıların azaldılması sahəsində uzunmüddətli maarifləndirmə proqramı çərçivəsində keçirilən "Tullantı Kalkulyatoru" layihəsi ölkəmiz üçün əsl yenilik oldu.

"ICTnews" elektron xəbər xidmətinin Səhmdar Cəmiyyətə istinadən verdiyi məlumata görə, "İnformasiya-kommunikasiya texnologiyaları ili" ərzində əhali arasında elektron xidmətlərdən istifadəyə marağın artırılması baxımından böyük əhəmiyyətə malik olan layihə ətraf mühitin müdafiəsi ilə bağlı maarifləndirmənin gücləndirilməsinə xidmət edir.

Tullantıların idarəolunması sahəsində unikal bir layihə olan tullantı kalkulyatorunun əsas məqsədi ətraf mühitin mühafizəsi sahəsində əhalinin məlumatlılıq səviyyəsini artırmaqla yanaşı, həmçinin Yer kürəsində iqlim dəyişikliyinin qarşısının alınmasına yardımçı olmaqdır. 2012-ci ilin oktyabr ayından istifadəyə verilmiş kalkulyator vasitəsilə yüzlərlə vətəndaşımız hər gün atdıqları tullantıların ətraf mühitə təsirini qiymətləndirib və istilik effekti yaradan qazların miqdarını hesablayıblar.

İstənilən yerdə olarkən gündəlik həyatda "Tullantı Kalkulyatoru"ndan istifadə edərək ətraf mühitə hansı dərəcədə təsir göstərdiklərini aydın şəkildə görmək və izləmək, əhalini ətraf mühitə daha məsuliyyətli yanaşmağa təşviq edir.

CAHANGİR




12/02/13    Çap et