Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sosial şəbəkələr vasitəsilə istifadəçiləri izləyən proqram


Amerikanın "Raytheon" müdafiə podratçısının hazırladığı "RIOT" proqramı istifadəçiləri "Facebook", "Foursquare" və "Twitter" vasitəsilə izləyəcək. Sistem hər bir istifadəçisi üçün dosye hazırlayır, bundan sosial şəbəkələrdən əlçatan məlumatları avtomatik toplayır və təhlil edir.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, məsələn, sistem insanın kimlərlə ünsiyyət saxladığını, hansı yerlərə getdiyini və bu kimi digər məlumatları qeydə alır.
Bundan başqa, proqram toplanılmış məlumatlara əsaslanaraq, insanın sonrakı davranışını proqnozlaşdırmağa "qadirdir". 




Emil

Hüseynov




12/02/13    Çap et