Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Fransa və İsrail sənaye kibercasusluğunun əsas mənbələridir


Amerikanın xüsusi xidmət orqanlarının hesabatına əsasən, Fransa və İsrail sənaye kibercasusluğunun əsas mənbələrindən biridir. Bu barədə ABŞ-ın milli kəşfiyyat xidmətinin son hesabatlarından birinə istinadən "The Washington Post" qəzeti yazıb.

"ICTnews.az" elektron xəbər xidməti "securitylab.ru" saytına istinadən bildirir ki, sənədə əsasən, hazırda Çin kompüter təhdidlərinin səviyyəsinə görə lider mövqedə qərarlaşıb.

Casusluq edən ölkələrə, həmçinin Rusiya, İsrail və Fransa aid edilib. Kəşfiyyat qurumlarında çalışan mütəxəssislərin məlumatına görə, bu ölkələr iqtisadi cəhətdən vacib informasiyaya giriş əldə etmək məqsədi ilə dəfələrlə haker hücumları həyata keçiriblər.

Emil Hüseynov




13/02/13    Çap et