Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
10,5 min dollarlıq “ağıllı” telefon
“Vertu” şirkəti cari il yanvarın sonunda “Android” mobil əməliyyat sistemi ilə işləyən birinci “ağıllı” telefonunu təqdim etmişdi. O zaman cihazın qiyməti açıqlanmamışdı. Zərif və bahalı əşya həvəskarları “Vertu Ti” üçün təxminən 10,5 min dollarından keçməli olacaq.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Vertu” “ağıllı” telefonu 800x480 piksel təsvir ölçülü 3.7 düymlü ekran, 1.5 QHs takt tezlikli ikinüvəli “Qualcomm Snapdragon MSM8260” prosessoru və 1250 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib. Korpusu titan materialından hazırlanıb.
Emil Hüseynov
13/02/13 Çap et