Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-da “dial-up” qoşulma hələ də populyardır


İnternetə çıxış texnologiyalarının inkişaf etdiyi bir zamanda ABŞ-da "dial-up" qoşulma hələ də populyardır. "ICTnews.az" elektron xəbər xidməti "newsme.com.ua" saytına istinadən bildirir ki, "AOL" şirkəti ötən ilin dördüncü rübü üzrə maliyyə hesabatını dərc edib.

Hesabata əsasən, şirkətin "dial-up" qoşulmaya görə göstərdiyi xidmətdən əldə etdiyi gəlir 174,2 milyon təşkil edib. Bu göstərici "AOL"-un ümumi gəlirinin 29 faizinə bərabərdir. Beləliklə, köhnəlmiş "dial-up" xidməti ABŞ-da hələ də populyardır.

Qeyd edək ki, "AOL" şirkətinin bu xidmətdən əldə etdiyi gəlir 2011-ci ilin dördüncü rübü ilə müqayisədə 10 faiz azalıb. Rəsmi məlumata əsasən, "AOL" şirkəti internetə çıxış üçün sürəti 56 kbit/s təşkil edən köhnə modemlərdən istifadə edən 3,03 milyondan ibarət müştəri bazasını dəstəkləməyə davam edir.

Emil Hüseynov




13/02/13    Çap et