Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti 1 milyard dollarından keçmək məcburiyyətindədir


2014-cü ildə “Google”-un axtarış sisteminin “Apple”-ın “iOS” platforması ilə işləyən mobil qurğularında başlanğıc ayar kimi saxlanılması internet nəhənginə 1 milyard dollara başa gələcək. Bu barədə “Morgan Stanley”-in analitik Skot Devit bildirib. Müqayisə üçün qeyd edək ki, 2009-cu ildə müvafiq razılaşma “Google” şirkətinə 82 milyon dollar başa gəlmişdi.

Ekspert hesab edir ki, ildən ilə ödəmə həcminin artması “iOS” platforması ilə işləyən qurğuların istifadəçi bazasının artması ilə bağlıdır. “Apple” indiyə qədər “iOS” platforması ilə işləyən 450 milyondan çox qurğu satıb. “ICTnews.az” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, Devitə görə, “Google” şirkəti “iPhone”, “iPad” və ‘iPod touch” qurğlarında reklam elanlarının nümayişindən qazandığı hər bir dolların 75 sentini tərəfdaşının hesabına keçirir.

“Google” şirkəti “Nokia-Microsoft” alyansı tərəfindən gözlənilən təhlükəyə görə bu sazişdən imtina edə bilmir, çünki “Microsoft”-un “Bing” axtarış mühərriki “Nokia”-ın “ağıllı” telefonlarında başlanğıc ayar kimi təyin edilib.

Emil Hüseynov




13/02/13    Çap et