Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Simsiz internet operatoru pulsuz sınaq müddəti proqramını istifadəyə verib
“Sazz İnternet”ə abunə olan yeni müştərilər xidmətin keyfiyyətini yoxlamaq üçün pulsuz sınaq müddəti proqramından istifadə edə bilərlər. “ICTnews” elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata görə, həmin proqramın şərtlərinə uyğun olaraq abunəçiyə sınaq üçün 5 gün ərzində 200 Mbt trafik təklif edilir. İstifadəçi xidmətdən razı qalmadığı təqdirdə müqaviləni 5 günü gecikdirmədən ləğv edib xidmət və cihazlar üçün ödədiyi pulu geri ala bilər:
“200 meqabaytlıq istifadə limitini keçmədən müqavilə ləğv edildiyi zaman ödənilmiş vəsait tam geri qaytarılır. Əks təqdirdə bir aylıq abunə haqqı tutulub qalan məbləğ geri qaytarılır. Cihazları geri almaq üçün onların özləri və qutuları zədələnməmiş olmalıdır”.
Məlumat üçün bildirək ki, 5 günlük test müddəti yalnız yeni müştərilərə aiddir. Mövcud müştərilərə satılan modem və aksesuarlar (paket halında və ya ayrıca satılmasından asılı olmadan) heç bir şəkildə geri qaytarılmır. Bir qayda olaraq Sazz 4G İnternet bütün cihazlara alındığı gündən etibarən 3 ay zəmanət verir. Zəmanət müddəti bitməyən və yalnız istehsalçıdan qaynaqlanan nazaslığı olan cihazlar pulsuz dəyişdirilir.
CAHANGİR
13/02/13 Çap et