Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu gün “YouTube” günüdür


"YouTube" xidməti 2005-ci il fevralın 14-də "PayPal" şirkətinin üç sabiq işçisi – Stiv Çen, Çad Hörli, Cavid Kərim tərəfindən yaradılıb. Bu layihə tezliklə populyarlığına görə "MySpace" sosial şəbəkəsini ötür.

"YouTube" videohostinq xidməti göstərir və istənilən istifadəçi bu və ya digər çarxları əlavə edə, baxa və şərh yaza bilər. "Youtube" videohostinqə ilk çarx 2005-ci il aprelin 23-də Cavid Kərim tərəfindən yüklənilib. C.Kərimin zooparkda çəkdiyi 18 saniyəlik «Mən zooparkdayam» adlı çarxla sistemin dünya turu başlayır.

2006-cı ilin noyabrında "Google" şirkəti "YouTube" xidmətini 1 milyard 650 milyon dollara satın alır. 2011-ci ilin mayına əsasən, "YouTube" videohostinqinə hər dəqiqə 48 saatlıq video yüklənir. 2012-ci ilin yanvarına görə, videoya baxışların gündəlik sayı 4 milyard təşkil edib.

Hazırda "YouTube"-un media dünyasındakı əhəmiyyətinə görə televiziya onunla hesablaşmağa məcburdur. Bir çox media şirkətləri yalnız hazırladığı xəbərlərdə bu xidmətə yüklədikləri çarxlardan deyil, həm də "YouTube"-da rəsmi hesab açaraq öz məhsullarını bu xidmət vasitəsilə tanıtdırırlar.

Emil Hüseynov




14/02/13    Çap et