Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” ilk dəfə Yaponiyada


"Counterpoint Research" analitik şirkətinin araşdırmasına əsasən, 2012-ci ildə "Apple" şirkəti ilk dəfə Yaponiyada mobil telefon bazarının lideri olub.

"ICTnews.az" elektron xəbər xidməti "1news.az" saytına istinadən bildirir ki, ötən ilin yekununa görə, Amerika şirkəti Yaponiyanın "Sharp" və "Fujitsu" şirkətlərini geridə qoymağı bacarıb.

Son aylar ərzində korporativ böhranla mübarizə aparan "Sharp" şirkəti son 6 il ərzində ölkənin mobil telefonlar bazarında lider idi. 2012-ci ilin payızında "iPhone 5" modelinin çıxarılması "Apple" şirkətinə uğur gətirib.

Emil Hüseynov




14/02/13    Çap et