Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Apple” uduzdu
Braziliyanın Milli Sənaye Mülkiyyəti İnstitutu (INPI) "Apple"-ın ölkə ərazisində mobil telefonlar üçün "iPhone" ticarət markasından istifadə hüququ ilə bağlı sorğusunu rədd edib. Braziliya tənzimçisi ticarət markasına hüququ "IGB Electronica" üzərində saxlayıb.
"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, Braziliyanın "Gradiente" (hazırda "IGB Electronica" adlanır) firması "iPhone" ticarət markasının qeydiyyatı üçün 2000-ci ildə ərizə təqdim edib. 2007-ci ildən "Apple" şirkəti Braziliyada bu ticarət markasından istifadə hüququna iddia etməyə başlayıb.
Xatırladaq ki, 2007-ci ildə "Apple" şirkəti ilk "iPhone"-u istehsal etmişdi. Bununla belə, 2008-ci ildə ticarət markasına hüquq yerli şirkətə verilib.
Emil Hüseynov
14/02/13 Çap et