Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2012-ci ildə “NVIDIA”-nın satış həcmi 4,28 milyard dollar təşkil edib
2012-ci ildə "NVIDIA" qrafik kart istehsalçısının maliyyə nəticələri analitiklərin gözləntilərindən daha yaxşı olub. Satışların həcmi 4,28 milyard dollar, xalis mənfəət 581,1 milyon dollar təşkil edib.
Mobil qurğulara quraşdırılan "Tegra" seriyasına məxsus prosessor satışlarından əldə olunan mədaxilin həcmi 29,3 faiz artıb və ötən ilin dördüncü rübündə 208 milyon dollar təşkil edib. Həmçinin masaüstü kompüterlər üçün qrafik prosessorlara tələbat yaxşı olub. 2012-ci ildə onların satış həcmi 7 faiz artıb.
Emil Hüseynov
14/02/13 Çap et