Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın milli klaviaturası hazırlanıb
Azərbaycanın milli klaviaturası hazırlanıb. AMEA-nın müxbir üzvü Asəf Hacıyev yeni klaviaturanın vizual görünüşcə hazırda istifadə etdiyimiz klaviaturalardan fərqlənməyəcəyini, sadəcə hərflərin Azərbaycan əlifbasındakı kimi düzüləcəyini bildirib.
AMEA-nın məlumatına görə, A.Hacıyev tarixdə yaradılan ilk klaviaturanın ingilis dilinə uyğunlaşdırıldığını və mexaniki çap maşınlarının əsasında yaradıldığını bildirib:
"Çap maşınlarında isə tez-tez rast gəlinən hərflər arasında məsafə qoyulub ki, çap maşınlarında problem yaşanmasın. Amma bunu kompüter klaviaturalarına tətbiq etmək düzgün deyil, çünki yazının sürətinin artması və əlin yorulmaması üçün tez-tez rast gəlinən hərflər yanaşı yerləşməlidir. Yeni yaradılan klaviatura buna hesablanıb. Az enerji itirməklə maksimum sürət əldə etmək yeni klaviaturanın başlıca prinsiplərindən biridir".
AMEA-dan qeyde dilib ki, yeni klavyaturanın layihəsi üçün artıq patent də alınıb.
HƏQİQƏT
14/02/13 Çap et