Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən sürətli “LTE” şəbəkəsi hansı ölkədədir?


Britaniyanın "OpenSignal" şirkəti dünyanın ən sürətli "LTE" şəbəkəsinə malik ölkələrin reytinqini dərc edib. Reytinqin lideri İsveç ölkəsi olub: "4G" şəbəkələrində orta yükləmə sürəti 22,6 Mbit/s təşkil edir.

"ICTnews.az" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, ikinci yerdə Honkonq (19,6 Mbit/s), üçüncü mövqedə isə Danimarka qərarlaşıb. "LTE" şəbəkənin ölçülməsi "Android" əməliyyat sistemində işləyən mobil tətbiq vasitəsilə həyata keçirilib.

Emil Hüseynov




14/02/13    Çap et